Sumqayıtlı cüdoçu qız yarışda yüksək nəticə göstərib.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, Abşeron Olimpiya İdman Kompleksində keçirilən cüdo üzrə U-17 yeniyetmələr arasında Liqa yarışında yerlimiz Məleykə Mürsəliyeva da (-52 kq, Neftçi Sumqayıt) iştirak edib.
Turnirdə yüksək nəticə göstərən cüdoçumuz rəqiblərini məğlub edərək birinci yerə layiq görülüb və qızıl medal əldə edib.