Sumqayıtlı idmançı Liqa yarışında yüksək yer tutub.
Sumqayit24.az xəbər verir ki, Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə baş tutan turnirdə 49 klub və idman cəmiyyətini təmsil edən 223 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
-100 kq çəki dərəcəsində güləşən həmşəhərlimiz Tunar Fərzəliyev finala kimi irəliləyərək gümüş medal qazana bilib.
Qeyd edək ki, keçiriləcək ümumi 3 turun yekununa əsasən idmançıların reytinq siyahısı formalaşacaq.