Bakıda keçirilən cüdo üzrə dünya çempionatında bu gün iki sumqayıtlı cüdoçu tatamiyə çıxacaq.
Sumqayit24.az xəbər verir ki, Gültac Məmmədəliyevanın (52 kq) 1/16 finaldakı ilk rəqibi İsrail təmsilçisi Gefen Primo olacaq. 66 kq çəki dərəcəsində mübarizə aparan Ruslan Paşayev isə bu mərhələdə Türkmənistan təmsilçisi Serdar Rahimov - İspaniya cüdoçusu Adrian Nieto Çinarro cütünün qalibi ilə qarşılaşacaq.
Təsnifat mərhələsinin görüşləri saat 10:00-da başlayacaq. Dünya çempionatının rəsmi açılış mərasimi 16:30-da, final bloku isə 18:00-da keçiriləcək.