top
Sumqayıtlı futbolçu: Komanda yoldaşlarım üçün darıxıram
08 yanvar 2026, 17:18
- ↺ +

Sumqayıtlı futbolçu: "Komanda yoldaşlarım üçün darıxıram"

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycan millisinin və "Neftçi"nin sumqayıtlı sabiq futbolçusu Kamal Quliyev hazırda davam edən müalicə prosesi, ona göstərilən dəstək və futbol ictimaiyyətindən gözləntiləri ilə bağlı açıqlama verib.

İdmançı Apasport.az-a hazırda müalicəsinin davam etdiyini, birinci mərhələni tamamladıqlarını, indi isə ikinci kurs müalicə üçün hazırlaşdığını bildirib.

Sabiq futbolçu indiyədək ona dəstək olan şəxslərə minnətdarlığını ifadə edib: 

"Neftçi" rəhbərliyinə təşəkkürümü bildirirəm. İlk müalicəyə çox böyük dəstək verdilər. Daha sonra Qurban Qurbanova təşəkkür edirəm. Allah onun balalarını xoşbəxt etsin. "Sumqayıt" komandasına, klubun prezidenti Riad Rəfiyevə, o vaxt mənlə futbol oynayan uşaqlara minnətdaram. Onlar imkanı çatan qədər mənə dəstək olublar. Hamısının adlarını saymasam da, özləri bilirlər. Onlara təşəkkür edirəm. Adlarını çəkdiyim adamlar mən müraciət etmədən mənə dəstək olublar".

Maddi məsələlərə də toxunan sabiq milli üzvü bildirib ki, müalicə ciddi xərc tələb edir: 

"Müalicədən sonra məbləğ açıqlanacaq. Bu müalicələrin hamısı yüksək vəsait, xərc tələb edir. Hər şey qan qiymətinədir".

O, AFFA ilə də əlaqə saxladığını qeyd edib: 

"Federasiya ilə danışmışdıq, o vaxt xəstəxanada müalicə alırdım. Görüşmək mümkün olmadı. AFFA-ya çağırmışdılar, danışdıq ki, bayramdan sonra görüşək. İnşallah, sabah və ya birigün görüşə gedəcəm".

Kamal Quliyev çıxış etdiyi klublardan "Karvan"ın ona dəstək olmadığını söyləyib: 

"Oynadığım və şərəfini qoruduğum klublardan yalnız "Karvan" qalıb. Sağ olsun, Kənan Kərimov öz şəxsi vəsaiti ilə mənə dayaq olub, kömək göstərib. İnşallah, Kənan müəllimlə danışmışam, klub rəhbərləri ilə də görüş olacaq. Çünki rəhbərlik hazırda orada deyil. Ümid edirəm ki, onlar da öz dəstəklərini göstərəcəklər. Mən "Karvan" klubunun yaradıcılarından biri olmuşam. Klub rəhbərliyi ilə aramızda hər zaman çox xoş münasibətlər olub. Həmin insanlar daim ehtiyacı olanlara əl tutublar, xeyirxah insanlardır. Vallah açığı, digər klublara müraciət etməmişəm. İnanın, nəsə istəyəndə xəcalət çəkirəm. Utanıram".

Sonda sabiq futbolçu komanda yoldaşları üçün darıxdığını və onlarla görüşmək istədiyini vurğulayıb: 

"Rəşad Sadıqovu görmək istəyirəm. Onun o qədər gözəl söhbətləri var ki, insan qulaq asdıqca doymur. Həm də çoxdandır görmürəm. Zaur Tağızadəni də görmək istərdim, Elçin Rəhmanovu da. Çox darıxıram, çox sıxılıram. Digər komanda yoldaşlarımla danışırıq - Vüqarla, İlhamla, Zaurla, Ariflə, Ramizlə, Kənanla, Vitaliklə və digərləri ilə əlaqədəyik. Amma bəzilərini çoxdandır görmürəm".

Qeyd edək ki, Kamal Quliyev qara ciyər sirrozundan əziyyət çəkir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:45

SDU-da Çinin texnologiya şirkətinin nümayəndələri ilə görüş keçirildi

Bütün xəbərlər
Bu gün, 11:15

Coratda avtobus gözləyənlərin sınağı…

Bütün xəbərlər
Bu gün, 10:45

Azərbaycanda gənclərin sayında kəskin azalma

Bütün xəbərlər
Bu gün, 10:15

DİM fəlsəfə doktoru imtahanları üçün qeydiyyat elan edib

İdman
Bu gün, 09:45

"Sabah" bu gün Almaniya nəhəngini sınağa çəkəcək

Bütün xəbərlər
Bu gün, 09:15

Sumqayıtın uşaq meydançasında təhlükəli vəziyyət

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Oxşar xəbərlər