Sumqayıtlı cüdoçu Dünya çempionatına hazırlaşır.
Sumqayit24.az xəbər verir ki, 20–23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçiriləcək yarışda Azərbaycan milli komandasını 9 çəki dərəcəsində 14 yeniyetmə cüdoçu (10 oğlan, 4 qız) təmsil edəcək. Onların arasında həmşəhərlimiz Fərid Xudiyev də olacaq.