Sumqayıtlı idmançı polis əməkdaşları arasında keçirilən silahsız özünümüdafiə və əlbəyaxa döyüş çempionatda uğurlu nəticə qazanıb.
Sumqayit24.az xəbər verir ki, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan yarışda polis idarələrinin və Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.
Məlumata görə, polis-mayoru Nahid Əsədov bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb. Bununla da ikiqat dünya çempionu olan idmançı növbəti dəfə öz uğurunu təkrarlayıb.
Qeyd edək ki, Nahid Əsədov hazırda Zəngilan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsində komandir vəzifəsində çalışır.