Sumqayıtlı idmançılar qonşu ölkədən medallarla qayıdıblar.
Sumqayit24.az-ın əldə etdiyi məlumata görə, Gürcüstanın Karate Federasiyası və İdman Nazirliyinin təşkilatçılığı ilə paytaxt Tbilisidə "GEORGİA OPEN" yarışı keçirilib.
Turnirdə uğurlu çıxış edən Azərbaycanın budokan şərq döyüş növləri idman mərkəzinin sumqayıtlı üzvlərindən Amil Hacıyev (18-21 yaş) gümüş, Həsən Osmanov (16-17 yaş) və Əhəd Manafov (12-13 yaş) bürünc medallar qazanıblar.