Sumqayıtlı idmançı benç-press üzrə Azərbaycan Kubokunun qalibi olub.
Sumqayit24.az-a daxil olan məlumata görə, Şüvəlan Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press üzrə Azərbaycan Kuboku keçirilib.
Turnirdə ölkənin müxtəlif şəhər və rayonlarından 75-dən çox idmançı iştirak edib.
Yarışda Sumqayıt sakini Mahir Şıxəliyev də qüvvəsini sınayıb. O, benç-press üzrə Azərbaycan Kubokunda gənclər arasında 120 kq çəki dərəcəsində birinci yerə layiq görülüb.
Qeyd edək ki, yarışda gənclər və idman naziri Fərid Qayıbov və digər fəxri qonaqlar da iştirak ediblər.