top
Sumqayıtlı sabiq futbolçu XƏSTƏXANAYA YERLƏŞDİRİLİB
04 mart 2026, 14:42
- ↺ +

Sumqayıtlı sabiq futbolçu XƏSTƏXANAYA YERLƏŞDİRİLİB

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Səhhətində ciddi problemlər yaranan Azərbaycan millisinin və "Neftçi"nin sabiq üzvü Kamal Quliyev yenidən xəstəxanaya yerləşdirilib.

Sumqayıtlı veteran futbolçu artıq dörd gündür AFFA-nın dəstəyi ilə Sumqayıt şəhərindəki klinikalardan birində müalicə aldığını bildirib.

"Bütün analizlər yenidən götürülür. Gün ərzində sistem köçürülür, dərmanlar qəbul edirəm. Klinikada mənə çox yaxşı baxırlar. Onlara təşəkkür edirəm. Hələ ki, hər şey normal gedir. Görək sonu necə olacaq", - deyə o, Qol.az-a açıqlamasında bildirib.

K.Quliyev qeyd edib ki, müalicəsi bitdikdən sonra əməliyyat oluna bilər:

"Hər şey Allahın əlindədir, möcüzə də baş verə bilər. Məndə qaraciyər sirrozu idi. İki kurs müalicə olundum. Həkimlərin dediyi kimi pəhriz saxladım. Əməliyyata qədər yenidən müalicə olunmalıyam. Müalicənin sonunda analizlər olacaq və həkimlərin qərarı bilinəcək. Ümidimi üzmürəm, Allah hamının köməyi olsun, o cümlədən də mənim".

K.Quliyev ona maddi və mənəvi dəstəyini göstərən insanlar barədə də danışıb:

"Mən AFFA-ya təşəkkürümü bildirirəm. Çünki mənim müalicəmi federasiya öz üzərinə götürüb. Buradan AFFA prezidentinə, baş katibə və bütün rəhbərliyə təşəkkür edirəm. Nə yaxşı ki, Azərbaycan futbolunun başında belə insanlar var. Keçmişi unutmurlar. Keçmişi unudan gələcəyə baxa bilməz. İnsan özünü güvəndə hiss edəndə, arxalandığı yerin olduğunu biləndə çox xoşbəxt olur. Görürsən ki, illərini əbəs yerə Azərbaycan futboluna həsr etməmisən. Çünki bu gün sənə sahib çıxan belə bir qurum, səni tək buraxmayan belə insanlar var. Hamısına öz təşəkkürümü bildirirəm.

Başda Qurban Qurbanov olmaqla keçmiş komanda yoldaşlarıma minnətdaram. Mənim ilk müalicəmdə çox kömək etdilər. Qurban Qurbanov bu günə qədər də köməyini əsirgəmir. Özü xahiş etdi ki, bunu heç kimə deməyim. Amma qoy bəzi nadanlar, alçaqlar, illərlə bir qabdan çörək yediyimiz, çiyin-çiyinə mübarizə apardığımız insanlar bilsinlər ki, həyatda Qurban kimi kişilər var. Ramiz Məmmədov, İlham Yədullayev, Ayxan Abbasov, Kənan Kərimov, Zaur İsmayılov, Vadim Vasilyev, Arif Əsədov, Yunis Hüseynov, Ruslan Abışov, "Sumqayıt" və "Neftçi" klubları başda rəhbərlik olmaqla ilk gündən yanımda idilər. "Neftçi"nin sürücüsünə qədər mənimlə maraqlandı, dəstək oldu. Hamısını bağrıma basıram. Adlarını unuda biləcəyim dostlar da var ki, hamısına təşəkkür edirəm. Çünki indi o vəziyyətdə deyiləm, yadımdan çıxan ola bilər".

K.Quliyev bildirib ki, bu çətin gündə ondan üz çevirən insanlar da olub:

"Bəlkə də, Allah məni sınağa çəkir, bu dünyada yalançı dostları imtahan edir. Dostlar, yoldaşlar dar gündə tanınar. Kişilər çətin gündə üzə çıxar. Nakişilər isə qaçıb gizlənər. Həqiqətən də bu söz çox düzgün imiş. Çünki hər şey etdiyim, evimi belə verdiyim insanlar var ki, məni darda qoydular. Onsuz da onları futbol ictimaiyyəti yaxşı tanıyır. Amma qoy elə adlarını çəkməyim, sirr olaraq qalsın. Mən bu barədə danışmağa, adlarını çəkməyə utanıram, amma onlar rahatdırlar. Yəqin ki, bu imtahandan üzüağ çıxaram. İnanıram ki, o insanlara görə bu sınaqdan keçəcəm".

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Bu gün Zəngilan Şəhəri Günüdür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 24-cü günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:00

SDU tələbələri Mərkəzi Nəbatat Bağında

Bütün xəbərlər
Dünən, 17:25

Almaniya səfiri Sumqayıta gəlib

Kriminal
Dünən, 17:03

Sumqayıt dələduz "falçı" saxlanılıb

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıtda sakinlər zibil probleminin əlində aciz qalıblar

Bütün xəbərlər
Dünən, 16:48

Sumqayıt Avtovağzalında sərnişin düşürmək üçün də pul istəyirlər? – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:25

Sumqayıtdakı poliklinikada növbə qalmaqalı: araşdırma başladı

Bütün xəbərlər
Dünən, 15:55

"İnsanlar məhəlləmizdən keçməyə iyrənir" - Sumqayıt sakini

Bütün xəbərlər
Dünən, 15:25

Sarayda məktəbə gedən yolda problem həll edildi

Kriminal
Dünən, 14:55

Tanışına "120 minə ekskavator alacam" deyən şəxslə bağlı qərar açıqlandı

Bütün xəbərlər
Dünən, 14:24

Bir qrup energetik təltif edildi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 14:10

Sumqayıtda sabah güclü külək əsəcək

Bütün xəbərlər
Dünən, 13:40

Oktay Mehdiyevin 50 illik yubileyi Sumqayıt teatrının səhnəsində qeyd olunub

İdman
Dünən, 13:10

"Sumqayıt" – "Araz-Naxçıvan" matçını neçə azarkeş izləyib?

Bütün xəbərlər
Dünən, 12:40

Sumqayıtda çalışmış Zərin Ələsgərovaya Bakıda yeni vəzifə verildi

Bütün xəbərlər
Dünən, 12:10

Sumqayıtda sərnişin avtobusu yolda xarab oldu - İDDİA

Bütün xəbərlər
Dünən, 11:40

Bakı-Sumqayıt yolunda narkoman sürücü saxlanılıb

Bütün xəbərlər
Dünən, 11:37

Səhiyyə sistemində kadr dəyişikliyi - SƏRƏNCAM

Bütün xəbərlər
Dünən, 11:26

TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıtın tullantıları üçün yeni poliqon tikiləcək

Bütün xəbərlər
Dünən, 10:40

Polis hava ilə bağlı sürücülərə müraciət etdi

Bütün xəbərlər
Dünən, 10:11

Sumqayıtdan keçən magistralda qəzalar artıb

Bütün xəbərlər
Dünən, 09:40

Sumqayıtda bu gün hava belə olacaq

Oxşar xəbərlər