Futbol üzrə millinin sabiq müdafiəçisi, sumqayıtlı Mahir Şükürov üçün yenidən Premyer Liqaya qayıtmaq fürsəti yaranıb.
Bu dəfə funksioner kimi.
"Şəfa" 43 yaşlı veteran oyunçuya dəvət göndərib. 22 ildən sonra elita səhnəsinə dönən paytaxt təmsilçisi ona klubda yüksək postlardan birini tutmağı təklif edib. Hazırda tərəflər arasında danışıqlar gedir.
Şükürov 10 il əvvəl oyunçu karyerasını başa vurub. Bu zaman kəsiyində müxtəlif layihələrə, biznes sferasına baş vurub. Yaxınlarda isə Sumqayıt şəhərində özünün futbol məktəbini açıb.
Mənbə: Sportinfo.аz