Sumqayıtlı cüdoçular Avropa Kubokunda medallar qazanıblar.
Sumqayit24.az Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən yarışda Xədicə Qədəşova (-57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl mükafata layiq görülüb.
Həmçinin eyni çəkidə mübarizə aparan Aytən Verdiyeva bürünc medal əldə edib.