Azərbaycan UEFA əmsallar cədvəlində həftəni 25-ci pillədə başa vurub.
Sumqayit24.az xəbər verir ki, cədvəl UEFA Çempionlar Liqasında Liqa mərhələsinin ilk turun oyunlarında qeydə alınan nəticələrdən sonra yenilənib.
"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda İngiltərədə "Mançester Yunayted"ə 0:4 hesabı ilə məğlub olması Azərbaycanın reytinq xalına təsir etməyib.
Azərbaycanın aktivində 23.687 xal qalıb. Ən yaxın izləyicimiz Sloveniyanın 22.843 xalı var. Bir pillə öndə - 24-cü yerdə qərarlaşan İsrailin ümumi qazancı isə 23.875-ə bərabərdir.
Qeyd edək ki, UEFA reytinqinə 103.130 xalla İngiltərə başçılıq edir.