Sumqayıtlı cüdoçular Türingiya Kubokunda mübarizə aparacaqlar.
Sumqayit24.az xəbər verir ki, martın 21-də Almaniyanın Bad-Blankenburq şəhərində baş tutacaq yarışda Azərbaycanı təmsil edəcək 16 yeniyetmə idmançı arasında iki həmşəhərlimiz Zəhra Quliyeva (-40 kq) və Səma Vəlizadə (-57 kq) də olacaq.