Saat 14:05
Azərbaycan cüdoçusu Xədicə Qədəşova (57 kq) Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb
20 yaşlı sumqayıtlı idmançı 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə üz-üzə gəlib.
Rəqibinə uduzan X.Qədəşova yarışla vidalaşıb.
***
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında oktyabrın 6-da üçüncü yarış gününün görüşləri keçiriləcək.
Sumqayit24.az xəbər verir ki, Azərbaycan millisinin üç üzvü bu gün mübarizəyə qoşulacaq. Onların arasında sumqayıtlı Xədicə Qədəşova da var.
-57 kq çəki dərəcəsində mübarizə aparan xanım idmançımız 1/32 finalda Qırğızıstan təmsilçisi Janar Joldoşeva ilə qarşılaşacaq.