"Sumqayıt" futbol klubu növbəti ayrılıq ərəfəsindədir.
Məlumata görə, komandanı tərk edənlər sırasına Masaki Murata da qoşulacaq. Yeni baş məşqçi Filipe Kandido yarımmüdafiəçinin xidmətində maraqlı deyil. Onun oyununu öz fəlsəfəsinə uyğun gəlmədiyini rəhbərliyə bildirib. Futbolçu bu səbəbdən yeni mövsüm üçün sifariş edilməyib.
2027-ci ilin yayına qədər müqaviləsi olan yaponiyalı legionerlə ayrılıqla bağlı ilkin danışıqlar da müsbət keçib.
Qeyd edək ki, 26 yaşlı futbolçu 2023-cü ildə "Sumqayıt"a transfer olunub. Qısa fasilə ilə iki dönəm keçirdiyi "kimyaçılar"da meydana çıxdığı 87 görüşdə 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Mənbə: Sportinfo.аz