top
Sumqayıt məhkəməsinin qərarı ilə razılaşmayan qurum kassasiya şikayəti verib
21 yanvar 2026, 09:22
- +

Sumqayıt məhkəməsinin qərarı ilə razılaşmayan qurum kassasiya şikayəti verib

Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia ilə bağlı məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Ali Məhkəmədə hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilən şikayət üzrə kassasiya mümkün sayılmayıb və şikayətin qəbulundan imtina edilib.

Qeyd: İddiaçı S.S. (adı, soyadı şərtidir) cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsini məhkəməyə verib. Vətəndaş sözügedən idarəyə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddia inzibati qaldırıb.

Belə ki, iddiaçı cavabdehə qarşı inzibati iddia ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edib. İddia ərizəsində göstərilib ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən və iddiaçıya məxsus olan torpaq sahəsi 19 aprel 2002-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 415 nömrəli sərəncamı ilə ayrılıb. Sahəsi 0,06 hektar olan həmin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş olunub.

Sumqayıt İnzibati Məhkəməsi işə baxaraq 1 aprel 2025-ci il tarixli qərar qəbul edib. Çıxarılan həmin qərarla iddia təmin olunub. Qərara əsasən, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən, 19 aprel 2002-ci il tarixli Binəqədi Rayon İcra Hakimiyyətinin 415 saylı sərəncamı ilə S.S.-ə ayrılmış 0,06 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulub.

Cavabdeh tərəf bu qərardan narazı qalaraq apellyasiya şikayəti verib. İşə Sumqayıt Apellyasiya Məhkəməsində baxılıb. Kollegiyanın 29 iyul 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilib. Həmin qərarla Sumqayıt İnzibati Məhkəməsinin qərarı ləğv edilib, iş üzrə yeni qərar qəbul olunub və iddia tələbi təmin edilməyib.

Apellyasiya instansiyası məhkəməsinin qərarı 17 iyun 2025-ci il tarixdə Elektron Məhkəmə İnformasiya Sisteminə yerləşdirilərək imzalanıb və həmin tarixdə inzibati məhkəmə icraatının iştirakçılarına elektron kabinet vasitəsilə göndərilib.

İş materiallarında olan məhkəmə qəbzindən məlum olur ki, apellyasiya instansiyası məhkəməsinin qərarı 14 avqust 2025-ci il tarixdə iddiaçı tərəfə, yəni iddiaçının nümayəndəsi təqdim edilib.

Bununla razılaşmayan iddiaçı apellyasiya instansiyası məhkəməsinin qərarından 18 sentyabr 2025-ci il tarixdə kassasiya şikayəti verərək işi kassasiya instansiyası məhkəməsinin baxışına çıxarıb.

Bundan sonra apellyasiya instansiyası məhkəməsinin qərarının ləğvinə dair iddiaçı təkrarən kassasiya şikayəti və kassasiya şikayətinin verilməsi müddətinin bərpasına dair ərizə verilib. Bununla əlaqədar olaraq məhkəmə tərəfindən bildirilib ki, İnzibati Prosessual Məcəllənin 96.3-cü maddəsinə əsasən, şikayətin qəbulundan imtina edildiyi hallarda apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minir. Qanunvericiliyin qeyd edilən normasına əsasən, Ali Məhkəmənin İnzibati Kollegiyasının 10 oktyabr 2025-ci il tarixli qərardadı ilə daha əvvəl iddiaçı tərəfindən verilən kassasiya şikayəti mümkün sayılmayaraq onun qəbulundan imtina edildiyi üçün (qanunvericiliyin tələblərinə əməl edilməməklə verildiyinə görə) iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 29 iyul 2025-ci il tarixli qərarı artıq qanuni qüvvəyə minib, mübahisə üzrə məhkəmə icraatı başa çatıb. Bu isə apellyasiya instansiyası məhkəməsinin qərarının hüquqimüəyyənlik prinsipinin tələblərinə uyğun olaraq yenidən mübahisələndirilməsini və kassasiya şikayətinizə baxılmasını mümkünsüz edir.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:10

Sumqayıtda bazar günü yağışlı keçə bilər

İdman
Dünən, 17:10

Tovuzda "Sumqayıt"la matç öncəsi azarkeş üsyanı

Bütün xəbərlər
Dünən, 16:33

Sumqayıt və Novxanı çimərliklərinin hava proqnozu

Bütün xəbərlər
Dünən, 16:10

Bakı-Sumqayıt yolundakı dəhşətli tıxac nə zaman bitəcək? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:10

MİQ-in müsahibə mərhələsinin nəticələri AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 15:10

Bakı-Sumqayıt yolu İFLİC olub

Bütün xəbərlər
Dünən, 14:10

İtkin düşmüş kimi axtarışı aparılan şəxslər tapılıb

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtın bu məktəbi nəticələri ilə diqqət çəkdi

İdman
Dünən, 12:10

DİN: Ölkə üzrə 60 cinayət açılıb

Bütün xəbərlər
Dünən, 11:10

Sumqayıt və sumqayıtlılar əcnəbi futbolçuların gözü ilə

İdman
Dünən, 10:30

"Sabah" "Barselona"nı bu stadionda QƏBUL EDƏCƏK

Bütün xəbərlər
Dünən, 09:30

Sumqayıt təhsilinə ağır itki

Bütün xəbərlər
04 sentyabr 2026, 19:06

Sumqayıtın iki küçəsində yaşıllıqlar məhv edilib

Bütün xəbərlər
04 sentyabr 2026, 18:45

"Cəmi 20 metr yerə asfalt vurulub" - sumqayıtlılardan etiraz

Bütün xəbərlər
04 sentyabr 2026, 18:15

Sumqayıtdan Bakıya gələnlərin nəzərinə - M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Bütün xəbərlər
04 sentyabr 2026, 17:52

Bakı metrosunun yeni stansiyası "20 Sentyabr" olacaq

Bütün xəbərlər
04 sentyabr 2026, 17:46

Bakı-Sumqayıt avtobuslarının hərəkət sxemi DƏYİŞDİRİLİR

Bütün xəbərlər
04 sentyabr 2026, 17:45

Sumqayıtdan Bakıya gedənlər, diqqətli olsun - BU YOL BAĞLANIR

Bütün xəbərlər
04 sentyabr 2026, 17:15

Sumqayıtda 80 minlik dələduzluq

Bütün xəbərlər
04 sentyabr 2026, 16:45

Günəşdə kosmosa atılan plazma Yer üçün təhlükəlidir?

Bütün xəbərlər
04 sentyabr 2026, 16:15

Azyaşlıların skuterlə törətdikləri qayda pozuntuları ilə bağlı MÜRACİƏT

Bütün xəbərlər
04 sentyabr 2026, 15:45

"Dayanacaq yox, elə bil zibilxanadır": Saray sakini

Bütün xəbərlər
04 sentyabr 2026, 15:15

Peşə təhsilində təhsilalanların köçürülməsi və bərpası başlayıb

Bütün xəbərlər
04 sentyabr 2026, 14:45

Sumqayıta bu tarixdə payız gələcək

Oxşar xəbərlər