top
Sumqayıtda kişi arvadını döydü, qayınatasını öldürdü
01 may 2026, 17:40
- ↺ +

Sumqayıtda kişi arvadını döydü, qayınatasını öldürdü

Sumqayıtda qayınatasını öldürməkdə təqsirləndirilən Nurulla Mərdanovun cinayət işi üzrə məhkəmə araşdırmasının detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ittiham aktı elan olunub. 

İttihama görə, hadisə 12 iyul 2025-ci il tarixdə gecə saat 1 radələrində təqsirləndirilən şəxsin yaşadığı Sumqayıt şəhəri, 2-ci mikrorayonda yerləşən mənzildə başlayıb.

Belə ki, arvadı tərəfindən xəyanətdə günahlandırılması zəminində yaranan ailədaxili mübahisə zamanı Nurulla Mərdanov qadına zor tətbiq edib, onun sağ bazu nahiyəsində qançırlar və alın nahiyəsində səthi yara kimi sağlamlığa zərər vurmayan xəsarətlər yetirib.

Baş verənlərdən xəbər tutan həyat yoldaşının atası, zərərçəkmiş Arif Bağıyev məsələni aydınlaşdırmaq məqsədilə həmin gecə, saat 3 radələrində 2-ci mikrorayon, Heydər Əliyev prospektində yerləşən əraziyə gələrək təqsirləndirilən şəxslə görüşüb. Görüş zamanı tərəflər arasında mübahisə daha da kəskinləşib.

İttihamda göstərilir ki, Nurulla qayınatasının müdaxiləsini qəbul etməyərək əvvəlcə ona qarşı fiziki zor tətbiq edib, sinə nahiyəsindən təpiklə bir neçə dəfə zərbə endirib. Daha sonra isə üzərində gəzdirdiyi mətbəx bıçağından istifadə edərək zərərçəkmiş şəxsə xüsusi amansızlıqla hücum edib.

Belə ki, o, Arif Bağıyevin döş qəfəsinin müxtəlif nahiyələrinə iki dəfə bıçaq zərbəsi endirib. Zərbələr nəticəsində zərərçəkmiş şəxsin hər iki ağciyəri, ürəyin sağ qulaqcığı və sol mədəciyi zədələnib. Nəticədə baş verən güclü daxili qanaxma səbəbindən zərərçəkmiş şəxs hadisə yerində həyatını itirib.

Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. 

Məhkəmə iclasında ifadə verən Nurulla Mərdanov isə özünü ittiham üzrə təqsirli bilmədiyini deyib. O, hadisənin təfərrüatlarını tam xatırlamadığını, yalnız mərhuma bir bıçaq zərbəsi endirdiyini yadında saxladığını qeyd edib.

Nurulla Mərdanovun sözlərinə görə, zərərçəkmiş şəxs əvvəlcədən onu telefon vasitəsilə təhdid edib və hadisə zamanı da arxadan hücum edib. Təqsirləndirilən şəxs bildirib ki, üzərində bıçaq gəzdirməsinin səbəbi də məhz bu ehtiyatla bağlı olub.

O, həmçinin qeyd edib ki, hadisə baş verən zaman orada digər şəxsləri görməyib, yalnız Arif Bağıyevin olduğunu xatırlayır. Təqsirləndirilən şəxs ifadəsində ilkin istintaq zamanı verdiyi izahatların düzgün olduğunu təsdiqləsə də, ikinci bıçaq zərbəsini vurduğunu xatırlamadığını söyləyib.

 

 

Son xəbərlər

Kriminal
Bu gün, 17:42

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 16:40

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
Bu gün, 15:55

5 ildir kart sistemi "yoldadır": Sumqayıt avtobuslarında bu yol nə vaxt bitəcək?

İdman
Bu gün, 15:40

Yapon futbolçu üçün "Sumqayıt"ın qapıları bağlandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıta sabah da leysan yağacaq

Bütün xəbərlər
Bu gün, 13:40

Sumqayıt və Novxanı sahilləri alternativ enerji mənbəyinə çevrilə bilər

Bütün xəbərlər
Bu gün, 12:40

Sumqayıtdan Şuşaya uzanan həyat yolu - ŞƏHİDİMİZİN doğum günüdür

Bütün xəbərlər
Bu gün, 11:40

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

Bütün xəbərlər
Bu gün, 10:50

STM-in direktor müavini İŞDƏN ÇIXARILDI

Bütün xəbərlər
Bu gün, 10:10

Sumqayıtda 46 yaşlı kişi tanışını döyüb

Bütün xəbərlər
Bu gün, 09:10

Sumqayıtda zibil qabları pəncərələrin altına qoyuldu - ŞİKAYƏT

Bütün xəbərlər
Bu gün, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından altı il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 7-ci günü - Suqovuşan işğaldan azad edilib

Bütün xəbərlər
Dünən, 17:50

Sumqayıt-Quba şəhərlərarası avtobus marşrutunun qalibi açıqlandı

Bütün xəbərlər
Dünən, 17:04

Sumqayıtda müəllimlərə 200 manat birdəfəlik maddi yardım ödənildi

Bütün xəbərlər
Dünən, 16:15

Sumqayıtda hava soyuyur - leysan yağacaq, şimşək çaxacaq

İdman
Dünən, 15:43

"Sumqayıt" Azərbaycan Basketbol Liqasında mübarizəyə başlayır

Bütün xəbərlər
Dünən, 15:05

Sumqayıtda zəhərlənən 21 şagirddən XƏBƏR VAR

Bütün xəbərlər
Dünən, 14:42

Prezident: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq

Bütün xəbərlər
Dünən, 14:05

Məktəbdə naməlum şəxs uşaqları konfetlə zəhərləyib? - DİN-dən AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 13:30

Coratlı taksi sürücüsü itkin düşdü

İdman
Dünən, 12:43

Sumqayıtda böyük cüdo bayramı - İki möhtəşəm turnir

Bütün xəbərlər
Dünən, 12:15

Sumqayıtda zəhərlənən şagirdlərin sayı 21-ə çatdı

Bütün xəbərlər
Dünən, 12:11

Sumqayıtda şagirdlər istifadə müddəti bitmiş şirniyyatdan zəhərlənib? - AÇIQLAMA

Oxşar xəbərlər