top
“Bilirəm ki, atam məni indi də eşidir”- Üç qız övladı yadigar qalan ŞƏHİD ailəsi ilə ÖZƏL MÜSAHİBƏ
11 oktyabr 2024, 06:10
- ↺ +

“Bilirəm ki, atam məni indi də eşidir”- Üç qız övladı yadigar qalan ŞƏHİD ailəsi ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

11 oktyabr Beynəlxalq Qızlar Günüdür. Bu günün keçirilməsinin əsas məqsədi diqqəti qızların hüquqlarının müdafiəsinə, oğlan və qızlar arasında gender bərabərliyinin təmin olunmasına, müxtəlif növ ayrı-seçkilikdən və baxımsızlıqdan əziyyət çəkən qızlara yönəltməkdir. Əlamətdar günün məqsədi qızların potensialını ortaya çıxarmaq və onların inkişafını dəstəkləməkdir. Həmçinin, bu gün qızların müsbət rol modellərini təşviq etmək və onları ilhamlandırmaq üçün əhəmiyyətlidir.


Belə bir gündə Sumqayit24.az Vətən müharibəsində şəhid olmuş sumqayıtlı baş gizir Eldar Abdullayevin ailəsi ilə söhbətləşib. Beynəlxalq Qızlar Günündə 3 qız övladı yadigar qalan şəhidin ailəsini yad etmək, körpələrin bayramını təbrik etmək bir jurnalist kimi bizim müqəddəs borcumuzdur. Suallarımızı Eldar Abdullayevin xanımı Fatimə Abdullayevaya ünvanladıq.

Həmin müsahibəni təqdim edirik:

- Yoldaşınızla bağlı məlumat verməyinizi istərdik.

- Eldar 1981-ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, hərbi əməliyyatlar zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındaca tibbi yardım göstərib. Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Eldar “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif edilib. 22 ilin hərbi qulluqçusu idi.

“Eldar övladları ilə nəfəs alırdı”

- İki qızını görsə də, ən kiçiyi Ahu o şəhid olduqdan sonra dünyaya gəlib. Yəni, kiçik qızını görmək, qucağına almaq, qoxlamaq ona qismət olmayıb. Şəhid olan zaman böyük qızım Asyanın hələ 10 yaşı tamam olmamışdı. Ortancıl qızımız Aysunun isə 8 yaşı var idi.

- Qızlarınız atalarını necə xatırlayırlar?

- Onlar ataları ilə nəfəs alırdılar. Atamız indi də yanımızdadır. Biz onu görməsək də, o yanımızdadır, onu hiss edirik” ifadələri dillərindən düşmür. Tez-tez fəxrlə “biz atamızın qızıyıq” deyirlər. Ahuya da həmişə izah edirik ki, “ata hər zaman yanımızdadır”. Nə isə alanda, ona deyir ki “bax, bunu ata sənə aldı”. Onları belə ab-havada böyütmüşəm.

“Eldar cənnəti iki dəfə qazandı”

- Eldarın kompleksləri yox idi, həmişə, hər yerdə qızlarını qucağına götürər, boynuna otuzdurardı. Əziyyət çəkmələrini, yorulmaqlarını, ayaqlarının ağrımalarını istəmirdi. Deyirlər ki, “3 qızı olan ata cənnətə düşür”. Deməli Eldar iki dəfə cənnəti qazanıb.

- Sizin yoldaşınız qızlarına qarşı diqqətcil olub. Amma bir çox insanlar var ki, qız övladlarını istəmirlər. Bu kimi insanlara nə demək istərdiniz?

- Deyirlər ki, “Behişt anaların ayağı altındadır”. Bu qızlar da böyüyüb ana olacaqlar. İndiki zamanda, oğul tez-tez anaya yaxınlaşıb qucaqlamaz, yaxşı söz deməz. Amma mən bu üç qızın içində həqiqətən cənnətdəyəm. Qızlarımızın qədrini bilmələrini tövsiyə edərdim.

- Qızlarınızla bağlı nə arzularınız var?

- Arzum odur ki, atalarına layiq, atalarının görmək istədiyi kimi böyüsünlər. Əsas odur ki, yaxşı insan olsunlar. Çünki ataları da çox vətənpərvər insan idi. Onun övladları da ataları kimi vətənpərvər, cəmiyyətə layiqli insan kimi yetişəcəklər.
Qızlarım atalarının qəhrəman olduğunu, ölmədiyini deyirlər. Bizim atamız sağdır, “Şəhidlər ölməz” ifadəsini boşuna demirlər ki... Biz Şəhid Övladlarıyıq.

Şəhidin yoldaşı ilə müsahibə zamanı qızı Asya Abdullayeva da atası ilə bağlı xatirələrini bölüşüb. O, ən gözəl anlarını belə xatırlayıb:

“Mən atamı cəsur, igid, dünyanın ən yaxşı insanı kimi tanıyıram. Atam mənim üçün, bacılarım üçün hər şey edib və indi də edir. Mən onunla fəxr edirəm. Nə yaxşı ki, mən onun qızıyam! O məni tez-tez bulvara aparırdı, orada yelləncəklərə, karusellərə minirdik. Özü burada olanda hər gün gəzirdik. Hər istədiyimizi alırdı, heç vaxt yox demirdi. Bacım hərbi həkim olmaq istəyirdi. Atam isə deyirdi ki, hərbi həkim əziyyətli işdir. Başqa sahə üzrə həkim ol. Mənim isə vəkil olmağımı istəyirdi. Amma sonra deyirdi ki, sənə güvənirəm və seçimini özünə buraxıram. Mən indi qərar vermişəm iş adamı olacağam. Bilirəm ki, atam hər zaman məni eşidir. İndi ona 9-cu sinfin imtahanında yüksək nəticə əldə edəcəyimə dair söz verirəm”.

Nəzrin Vahid

 

Son xəbərlər

İdman
Bu gün, 09:15

Sumqayıt cüdoçusu beynəlxalq yarışda medal qazandı

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 41-ci günü: XRONİKA

İdman
Dünən, 17:40

"Sumqayıt"ın qapıçısı rəmzi komandada

Kriminal
Dünən, 16:59

Sumqayıtda apteki talayan keçmiş məhkum tutulub

Bütün xəbərlər
Dünən, 16:32

Prezident sumqayıtlı aparıcını təltif etdi

Bütün xəbərlər
Dünən, 16:19

Prezident bir qrup media nümayəndəsini təltif edib - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:47

Sumqayıtda hər 4 fərdi sahibkardan biri qadındır

Bütün xəbərlər
Dünən, 15:10

Sumqayıtda sabah hava yağışlı ola bilər

Bütün xəbərlər
Dünən, 14:48

Sumqayıtda körpünün altını çirkab sular basıb - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda Zəfər Gününə özəl ağacəkmə aksiyası

Bütün xəbərlər
Dünən, 13:35

Xəzərdə yadplanetlilərin gizli bazaları var? - ABŞ arxivinə düşən 25 illik sirr

Bütün xəbərlər
Dünən, 13:00

Təhsil müəssisələrində Zəfər Günü ilə bağlı tədbirlər keçiriləcək

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda təmizlik işçiləri maaşlarını ala bilmirlər?

Bütün xəbərlər
Dünən, 12:25

Sumqayıt Şəhidlər Xiyabanında rəsm sərgisi təşkil edilib

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıtda avtobus dayanacağı qışa hazır deyil - ŞİKAYƏT

Bütün xəbərlər
Dünən, 11:47

Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək

İdman
Dünən, 11:15

Klub rəhbərliyi etiraz etdi, komitə sədri isə qərarı təsdiqlədi

Bütün xəbərlər
Dünən, 10:41

Polad Həşimovun anasının son vəziyyəti açıqlandı - RƏSMİ

İdman
Dünən, 10:20

"Sumqayıt" səfər oyununa hazırlaşır

İdman
Dünən, 09:48

Sumqayıtda cüdo məşqçiləri üçün inkişaf proqramı keçirilir

Bütün xəbərlər
Dünən, 09:15

Sumqayıt məktəblilərinin uğuru - olimpiadada qızıl medal qazandılar

Bütün xəbərlər
Dünən, 00:01

Vətən müharibəsinin 40-cı gününün xronikası

Bütün xəbərlər
04 noyabr 2026, 19:00

Sumqayıtda külək güclənəcək

Bütün xəbərlər
04 noyabr 2026, 18:40

Sumqayıta sabah yağış yağa bilər

Oxşar xəbərlər