Sumqayıtda nəqliyyat infrastrukturunun yenilənməsi və sərnişin daşımalarının təşkili istiqamətində tədbirlər davam etdirilir.
Sumqayit24.az xəbər verir ki, şəhərin müxtəlif ərazilərində yeni müasir avtobus dayanacaqlarının quraşdırılmasına başlanılıb. Sakinlərin gündəlik istifadəsi üçün nəzərdə tutulan dayanacaqların müasir standartlara uyğun şəkildə hazırlandığı bildirilir.
Yeni dayanacaqların mərhələli şəkildə digər ərazilərdə də quraşdırılması nəzərdə tutulur.