Təhlükəli bakteriya aşkar edilən bir partiya məhsul Sumqayıtda məhv edilib. Bu haqda bu gün, 9 iyun tarixində Sumqayıt24 AQTA-ya istinadən xəbər verir.
Məlumata əsasən, Agentlik tərəfindən keçirilən yoxlama nəticəsində “Tat” əmtəə nişanlı manna yarmasından bağırsaq çöpü qrupu bakteriyaları aşkar edilib. Bu səbəbdən 20.03.2022-20.09.2023-ci il tarixli, ümumi çəkisi 1087 kq olan 0322 nömrəli yarma məhsul partiyası “Təhlükəli Tullantılar” MMC-yə məxsus poliqonda utilizasiya edilib.
Yoxlama “AzerTürk-XXI.TTC.SAN” MMC-nin məhsuluna qida təhlükəsizliyi sertifikatının alınması ilə bağlı aparılmışdır.