Sumqayıtda küçələrdən birində ağacın aşaraq günlərdir yerdə qaldığı bildirilir.
Bu barədə Sumqayit24.az-a 10-cu mikrorayon, Babək küçəsinin sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, ərazidə iri ağac aşıb və günlərdir yerdə qalıb. Onlar problemin aradan qaldırılması üçün indiyədək heç bir tədbir görülmədiyini bildiriblər.
"7-8 gündən çoxdur ki, ağac bu vəziyyətdə qalıb. Gəlib tədbir görən yoxdur. Bu mənzərə ərazinin görünüşünü korlamaqla yanaşı, hərəkətdə də problemlərə yol açır", – deyə sakinlər narazılıqlarını ifadə ediblər.