Sumqayıtın Yaşma bağları massivində yerləşən fermer təsərrüfatında bədbəxt hadisə baş verib. 32 yaşlı sahibkar Məzahir Məcdunov hamamda dəm qazından boğularaq həyatını itirib.
Məlumata görə, hadisə oktyabrın 11-də səhər saatlarında baş verib. Oktyabrın 10-da heyvanlara baxmaq üçün fermaya gələn Məzahir Məcdunov gecəni çobanların yanında keçirib. Səhər hamamda yuyunarkən dəm qazından zəhərlənərək ölüb. Onun meyiti çobanlar tərəfindən aşkarlanıb.
Məzahir Məcdunovun Vətən müharibəsi şəhidi Xalid Məcdunovun qardaşı olduğu bildirilir.
Xalid Məcdunov Cəbrayıl və Füzuli rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, 2020-ci il oktyabrın 2-də Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub. Şəhid Qobustan rayonunun Poladlı kəndində dəfn edilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Oxu.аz