Sumqayıtda avtomobil yanıb.
Məlumata görə, hadisə Sülh prospektində yerləşən yanacaqdoldurma məntəqəsinin qarşısında qeydə alınıb.
Belə ki, həmin ərazidə hərəkətdə olan "VAZ-2105" markalı minik avtomobili yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğının başvermə səbəbi və hadisənin digər təfərrüatları dəqiqləşdirilir.
Mənbə: Report.az