Sumqayıtda yerləşən çimərlikdən istifadə müvəqqəti olaraq qadağan olunub. Sumqayıt24 bu haqda 9 iyun tarixində xəbər verir.
Gigiyena və Epidemiologiya Mərkəzi və Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən laboratoriyada dəniz suyunun keyfiyyət göstəriciləri yoxlanılıb. Nəticədə şəhərimizin çimərliyindən götürülən suda bağırsaq çöpləri qrupu bakteriyaların sayı normadan çox olub.
Qeyd edək ki, Novxanı çimərliyində aparılan yoxlama zamanı dəniz suyunun fiziki-kimyəvi, bakterioloji göstəricilərinin norma səviyyəsində olduğu müəyyən edilib.