Sumqayıtda fəaliyyət göstərən 30 nömrəli marşrut avtobuslarından biri ilə bağlı şikayət var.
Bu barədə Sumqayit24.az-a həmin avtobusdan istifadə edən sərnişinlər məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, avtobusun pəncərələrindən birinin şüşəsi sınıb və nəticədə həmin hissə şüşəsiz qalıb. Bu cür vəziyyətin müxtəlif problemlər yaratdığı qeyd olunub.
"Bu cür vəziyyət həm avtobusun görünüşünü korlayır, həm də havaların soyuması ilə əlaqədar küləyin içəri daxil olması sərnişinləri ciddi şəkildə narahat edir", – deyə sakinlər bildiriblər.
Vətəndaşlar problemin aradan qaldırılmasını və avtobusun təmir edilməsini tələb edirlər.