top
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı
Bu gün, 14:33
- ↺ +

Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı asanlaşdı

Ətraf ərazilərdən paytaxta daxil olan sərnişinlər üçün yeni və əlverişli alternativ yaradılıb. Artıq metronun "20 Yanvar" stansiyasına və "Şamaxinka" adlanan əraziyə getmədən metronun "Avtovağzal" stansiyasından ödənişsiz istifadə etmək mümkündür.

AYNA-dan Sumqayit24.az verilən məlumata görə, "Avtovağzal" metrostansiyasına girişin ödənişsiz olması nəzərə alınaraq, sərnişinlərin bu imkandan daha rahat yararlanması üçün həmin ərazidəki dayanacağa əlavə 16 marşrut yönləndirilib.

Ərazidə nəqliyyat intensivliyinin artacağı nəzərə alınaraq, avtobusların Bakı-Sumqayıt yoluna daha sürətli çıxışını təmin etmək məqsədilə yeni nəqliyyat həlli tətbiq olunub.

Belə ki, əvvəllər metronun "Avtovağzal" stansiyasının qarşısından hərəkət edən avtobuslar müəyyən trayektoriya üzrə irəliləyərək Bakı-Sumqayıt yoluna çıxırdı. Bu isə avtobusların hərəkət məsafəsini əlavə 1,1 kilometr artırırdı.

Avtobusların Bakı-Sumqayıt yoluna birbaşa və sürətli çıxışını təmin etmək məqsədilə yeni avtobus zolağı təşkil edilib. Nəticədə avtobusların hərəkət məsafəsi 1,1 kilometrdən təxminən 100 metrədək azaldılıb.

Yeni həll avtobusların hərəkət sürətinin artırılmasına, vaxt itkisinin azalmasına və sərnişinlərin daha rahat daşınmasına imkan verir.

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 15:48

Sumqayıt teatrı yeni tamaşa hazırlayır

Bütün xəbərlər
Bu gün, 15:33

Sabahın hava proqnozu

Bütün xəbərlər
Bu gün, 13:33

Sumqayıtda qəzada ölən şəxs kapitan imiş…

Bütün xəbərlər
Bu gün, 13:00

Mehdi Hüseynzadə adına stadionda təlim

Bütün xəbərlər
Bu gün, 12:15

Sumqayıtda qəza - "BMW" ilə "VAZ" toqquşdu

Bütün xəbərlər
Bu gün, 11:53

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi üzrə sənəd yoxlanışı başlayır

Bütün xəbərlər
Bu gün, 11:34

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək

Bütün xəbərlər
Bu gün, 11:29

Dövlət qulluğu sertifikatının qüvvədə olma müddəti azaldılır

Bütün xəbərlər
Bu gün, 11:13

Hərbçilərin maaşları bu qədər artacaq

Bütün xəbərlər
Bu gün, 10:45

BDYPİ payızla bağlı sürücülərə MÜRACİƏT ETDİ

Bütün xəbərlər
Bu gün, 09:49

Bakı-Sumqayıt qatarlarının sərnişinlərinə ŞAD XƏBƏR

Bütün xəbərlər
Bu gün, 09:33

Sumqayıtda hakimə ağır itki üz verdi

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda sayt rəhbərlərini təhqir edən qadın saxlanılıb

Bütün xəbərlər
Dünən, 18:45

Sumqayıt bulvarında zəhərli hörümçək peyda olub?

Bütün xəbərlər
Dünən, 18:15

Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR - yeni yol nə vaxt açılır?

Bütün xəbərlər
Dünən, 17:40

Sumqayıtda sabah külək güclənəcək

Bütün xəbərlər
Dünən, 16:59

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Bütün xəbərlər
Dünən, 16:30

Sumqayıtda evi ilan basıb – Qurumlar məsuliyyətdən yayınır?

İdman
Dünən, 15:55

"Sumqayıt" amerikalı basketbolçu transfer etdi

Bütün xəbərlər
Dünən, 15:04

Sumqayıtda yeni asfaltın ömrü uzun sürmədi - sakinlərdən ETİRAZ

Bütün xəbərlər
Dünən, 14:29

Sumqayıtda xəstəxana 11 milyon manata təmir olunacaq

Bütün xəbərlər
Dünən, 13:55

Sumqayıta sabah yağış yağa bilər

Bütün xəbərlər
Dünən, 13:12

Mehdi Hüseynzadə adına stadionun rəhbəri dəyişir? - İDDİA

Oxşar xəbərlər