Saray qəsəbəsində küçələrdən birində içməli suyun israf olunduğu iddia edilir.
Bu barədə Sumqayit24.az-a 20 Yanvar küçəsinin sakinləri məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, küçədəki su borusu çürüyərək qəzalı vəziyyətə düşüb. Nəticədə su küçəyə sızır və ərazi keçilməz vəziyyətə düşür.
"15 gündən çoxdur ki, içməli su israf olunur. Məsələ ilə bağlı aidiyyəti qurum əraziyə baxış keçirsə də, problem hələ ki həllini tapmayıb", - deyə sakinlər bildiriblər.
Şikayətçilər aidiyyəti qurumlardan mövcud problemin tezliklə həll edilməsini tələb edirlər.