Sumqayıtda 23 aprel Ümumdünya Kitab Günü münasibətilə tədbir keçirilib. Bu haqda bu gün, 22 aprel tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, tədbir 1 nömrəli orta məktəbin həyətində baş tutub. Burada şagirdlər tərəfindən milli musiqi sədaralı altında maraqlı rəqslər və kompozisiyalar təqdim edilib, şeirlər səsləndirilib.
Burada həmçinin, Qarabağ xanlığının çadırı quraşdırılıb. Ətrafında isə milli musiqi alətləri düzülüb. [modula id="13710"]