Saray qəsəbəsində antisanitar vəziyyət yaranıb.
Sumqayit24.az-a müraciət edən sakinlər bildirirlər ki, Məhəmməd Füzuli küçəsində, qəbiristanlığın yanında qoyun dərisindən tutmuş qutulara və digər məişət tullantılarına qədər müxtəlif zibillər atılır.
Onların sözlərinə görə, bu vəziyyət uzun müddətdir davam edir. Ərazidə yığılan zibil qalaqları çox vaxt daşınmaq əvəzinə yandırılır ki, bu da ətrafa üfunətin yayılmasına səbəb olur.
Sakinlər yaranmış vəziyyətin əsas səbəblərindən birinin qəsə