Prezident İlham Əliyev 2026-2027-ci tədris ilində Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olunmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.
Sumqayit24.az xəbər verir ki, Prezident təqaüdünə layiq görülənlər arasında Sumqayıt şəhəri Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu, buraxılış və qəbul imtahanlarının cəmində 700 bal toplayan Samir Tağızadə də var.
Qeyd edək ki, Samir hazırda Azərbaycan Tibb Universitetində təhsil alır.