Sumqayıtda cavan oğlan itkin düşüb. Bu haqda bu gün, 19 aprel tarixində Lent.az-a istinadən xəbər veririk.
Məlumata əsasən, Röyal Muradov adlı şəxs 4 gün əvvəl işə getib, lakin ora çatmayıb. 20 yaşlı gənclə əlaqə saxlamaq mümkün olmayıb. İtkin düşən şəxs "Xəlifə" şadlıq sarayında işləyirdi.
Röyalı görən şəxslərdən DİN-ə məlumat vermələri xahiş olunur.