top
Bağça müəllimlərinin sertifikatlaşdırılmasına başlanılır
Bu gün, 11:49
- ↺ +

Bağça müəllimlərinin sertifikatlaşdırılmasına başlanılır

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin yaydığı məlumata əsasən, təhsilverənlərin peşə yararlılığının göstəriciləri məzmun və metodika, təhlükəsizli, pedaqoji etika və əməkdaşlıq və özünüinkişaf sahələri üzrə qruplaşdırılmışdır. İştirakçılara qeyd edilən istiqamətlər nəzərə alınmaqla məktəbəqədər təhsilin məzmunu və metodikası, həmçinin uşaq və yaş psixologiyası üzrə 60 sual təqdim ediləcək. Test imtahanı mərhələsi kompüterdə elektron qaydada həyata keçirilir və bu mərhələyə 120 dəqiqə vaxt ayrılır. Hər bir suala düzgün cavab 1 (bir) balla qiymətləndirilir, eyni zamanda səhv cavablar və ya sualın cavabsız qoyulması 0 (sıfır) bala bərabər tutulur və düzgün cavablara təsir göstərmir.

Təhsilverənlərin sertifikatlaşdırılmasının keçirilməsində məqsəd məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyət ilə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması, onların peşəkar inkişafına nail olmaq və təlim ehtiyaclarını öyrənməkdir.

Sertifikatlaşdırma prosesinin təşkili zamanı qanunvericiliklə müəyyən edilmiş iştirak şərtləri və sertifikatlaşdırmadan keçməyən şəxslərə dair istisnalar nəzərə alınır. Belə ki, müvafiq qanunvericiliyə əsasən, hamilə qadınlar, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə çalışan qadınlar, habelə uşağını təkbaşına böyüdən kişilər, ilk dəfə işə qəbul olunan şəxslər (üç il müddətində) və azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər bu prosesdə iştirak etməyəcəklər. Eyni zamanda, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Qeyd edək ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinin tələblərinə uyğun olaraq təşkil edilir və 14 şəhər üzrə 21 mərkəzdə 9 000-ə yaxın şəxsin iştirakı gözlənilir.

Sertifikatlaşdırma prosesinin vaxtı və keçirilmə yeri barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Test imtahanı mərhələsinin nəticələri üzrə balların hesablanması isə avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və təhsilverənin nəticələri test imtahanı mərhələsi başa çatdıqdan dərhal sonra ona elan edilir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 11:09

Sumqayıtda pensiyalar ödənildi

Bütün xəbərlər
Bu gün, 10:29

Mərhum aktyorun qızı: "Məni niyə yetim qoydun, ata?"

Bütün xəbərlər
Bu gün, 09:49

Sumqayıtın bu küçəsində faciə baş verə bilər? - ŞİKAYƏT

İdman
Bu gün, 09:09

"Sumqayıt" fasilədən belə yararlanacaq

Bütün xəbərlər
Dünən, 18:15

Bir aydır su axır, zibillər isə yerində qalır – Sumqayıtda sakinlərin şikayəti

Bütün xəbərlər
Dünən, 17:40

Sakindən etiraz: "Sumqayıtda analoqu olmayan səki"

Bütün xəbərlər
Dünən, 17:20

Sumqayıtda hava yenə isinir

Bütün xəbərlər
Dünən, 16:47

General Natiq Əliyevin qızına əlavə ittihamlar irəli sürüldü

Bütün xəbərlər
Dünən, 16:41

Sumqayıtda "JEK"lər ləğv edilir? - AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:05

11 nömrəli məktəbin yanında təhlükə

Bütün xəbərlər
Dünən, 15:30

Aslan Fətullayev torpağa tapşırıldı…

Bütün xəbərlər
Dünən, 15:00

Günəşdə gözlənilməz güclü partlayış olub

Bütün xəbərlər
Dünən, 14:30

Sumqayıt Regional Qaz İstismarı İdarəsində kadr təyinatı

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 13:30

Ünvan, yol, işıq problemi - sumqayıtlılardan şikayət

Bütün xəbərlər
Dünən, 13:10

Generalın qızı hakim qarşısına çıxarılır

Bütün xəbərlər
Dünən, 12:30

Sumqayıtda gənc qız həyatını itirdi

Bütün xəbərlər
Dünən, 12:28

Sumqayıtda saxlanılan Türkər Əliyevadan general şikayət edibmiş

Bütün xəbərlər
Dünən, 12:05

Ceyranbatan məktəblisi "Əlaçı" verilişinin qalibi oldu

Bütün xəbərlər
Dünən, 11:35

Qaranlığa qərq olmuş Bakı-Sumqayıt yolu

Bütün xəbərlər
Dünən, 11:03

Generalın qızı Sumqayıtda saxlanıldı - FOTO PAYLAŞDI

Bütün xəbərlər
Dünən, 11:00

Sumqayıtda qəza - avtomobil ağaclara çırpılıb

Bütün xəbərlər
Dünən, 10:30

Zakir Fərəcovun yaxın adamı ağır qəza keçirdi - 6 gün komada qaldı

Oxşar xəbərlər