Sumqayıtda təhsil müəssisəsinin yaxınlığında təhlükəli vəziyyət yaranıb.
Sumqayit24.az-a müraciət edən sakinin sözlərinə görə, Polad Həşimov küçəsində ötən həftə əsən güclü külək səbəbindən səkinin kənarında yerləşən ağacın iri budağı qırılsa da yerə düşməyib və hazırda asılı vəziyyətdə qalıb:
"Hər an kiminsə üzərinə düşə bilər. Bu ağac 11 nömrəli məktəblə üzbəüz yerləşir. Aidiyyəti qurumlar buradan hər gün yüzlərlə şagirdin, piyadanın keçdiyini nəzərə almalı, tədbir görməlidirlər".