Dələduzluqda şübhəli bilinən general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva hakim qarşısına çıxarılır.
Məlumata görə, general qızı təqsirləndirilən şəxs qismində cəlb olunub və Sumqayıt şəhər məhkəməsinə çıxarılır.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham irəli sürülüb.
Qeyd edək ki, Türkər Əliyeva Sumqayıt şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
İddialara görə, Türkər Əliyeva dələduzluqda və rəsmi sənədləri saxtalaşdırmaqda təqsirli bilinir.
Mənbə: Unikal.az