FHN-nin əməkdaşları mənzildə qalmış vətəndaşı xilas ediblər. Bu haqda bu gün, 22 aprel tarixində nazirliyin saytına istinadən xəbər veririk.
Məlumata əsasən, 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb edilən xilasedicilər tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.