Ceyranbatan qəsəbəsində intihar hadisəsi baş verib. Sumqayıt24 bu haqda bu gün, 29 aprel tarixində Lent.az-a istinadən xəbər verir.
Məlumata görə, qəsəbə sakini Calal Məmmədov yaşadığı evin həyətindəki yarımtikilidə özünü asaraq həyatına son qoyub. İntiharın başvermə səbəbi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.