Ceyranbatan qəsəbə 1 nömrəli məktəbin şagirdləri buraxılış imtahanının ilkin mərhələsində yüksək nəticə göstəriblər. Bu haqda bu gün, 16 aprel tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Məlumata əsasən, 11-ci sinifdə oxuyan 26 şagirddən 21-i yüksək bal toplayıblar. Bu hal bütün müəllimləri, eləcə də valideynləri sevindirib. Buraxılış imtahanında əldə etdikləri uğura görə şagirdlər müəllimlərinə minnətdarlıqlarını bildiriblər.
Məktəbin direktoru Çinarə Atayeva buraxılış imtahanında uğur qazanan şagirdləri təbrik edib, onlara gələcək işlərində uğurlar arzulayıb.