Sumqayıt Dövlət Dram Teatrında “Həyatla oyun” maarifləndirici tamaşası nümayiş olunub. Bu haqda bu gün, 22 aprel tarixində DünyaTV-yə istinadən xəbər veririk.
Məlumata əsasən, tamaşa Bakı Uşaq və Gənclər teatrı (BUGT) tərəfindən səhnələşdirilib. BUGT-nın aktyorlarının ifasında canlandırılan tamaşada narkotik vasitə istifadəçilərinin həyat tərzi əks olunub.
Tədbirdə çıxış edən şəxslər bildiriblər ki, tamaşa bəşəriyyətin böyük problemlərindən olan, narkomanlığı və narkotik vasitələrin qanunsuz dövriyyəsinə, eləcə də QİSC-ə qarşı mübarizəyə həsr edilib.
Tamaşa şagirdlər tərəfindən maraqla qarşılanıb.