MKS-in Gənclər Kitabxanasının kollektivi şəhid Rüfət Mustafayevin ailəsini ziyarət edib. Sumqayıt24 bu haqda bu gün, 19 aprel tarixində Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
Məlumata əsasən, MKS-in əməkdaşları şəhidin ailəsinə maddi və mənəvi dəstək göstəriblər.
Rüfət Mustafayev 12 mart 1996-cı ildə Sumqayıt şəhərində dünyaya gəlib. Azərbaycan Texniki Universitetinin "Maşınqayırma və robot texnika" fakültəsində təhsil alıb. 2019-cu ildə həqiqi hərbi xidmət keçmək üçün ordu sıralarına qatılıb.
2020-ci il oktyabrın 9-dan 10-a keçən gecə Ağdərə istiqamətində gedən döyüşlər zamanı idarə etdiyi minik avtomobili ilə minaya düşərək komandiri polkovnik-leytenant Zaur Cəfərov ilə birlikdə şəhid olub.
Mustafayev ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.
Yazar Esmira Günəşin Rüfət Mustafayevə həsr etdiyi “Cənnətdən gələn hədiyyə” və “Qəlbimizin zirvəsində yaşayan qəhrəman...” adlı kitablarını kitabxanaya hədiyyə olaraq təqdim edib.