Yenilənib 15:00
Baş vermiş yanğının təfərrüatları açıqlanıb. Bu haqda bu gün, 9 may tarixində Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər veririk.
"Mercedes" markalı avtomobilin oturacağı, arxa təkəri və qismən yük yeri yanıb. Avtomobilin qalan hissəsi isə yanğından mühafizə olunub.
Saat 14:45
Sumqayıt şəhərində maşın yanıb. Bu haqda bu gün, 9 may tarixində Sumqayıt24 xəbər verir.
Məlumata əsasən, hadisə Cəlil Məmmədquluzadə küçəsində baş verib. “Mercedes” markalı minik avtomobili işıqforda dayanan zaman qəflətən alışıb. Sürücüyə alovu söndürməkdə polis əməkdaşı kömək edib.