Sumqayıtda itkin düşən gənc tapılıb. Sumqayıt24-ə bu haqda onun ailə üzvləri xəbər verib.
Məlumata görə, 17 yaşlı Tural Əliyev polis əməkdaşları tərəfindən müəyyən edilib. Nəticədə o, evinə qaytarılıb.
Xatırladaq ki, Tural 10 may tarixində evdən çıxaraq geri qayıtmamışdı.