Bu gün Sumqayıt Dövlət Universitetindən (SDU) məzun olmuş şəhidimizin doğum günüdür.
Rəşad Mikayılzadə 30 sentyabr 1995-ci ildə Lerik rayonunda anadan olub. Sumqayıt Dövlət Universitetində ali təhsil alıb. Ali təhsilini bitirdikdən sonra Qazaxda həqiqi hərbi xidmətdə olub. Subay idi.
Rəşad Mikayılzadə 2020-ci il sentyabrının 27-dən başlanan 44 günlük Vətən müharibəsində könüllü əsgər kimi iştirak edib. Füzulinin və Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə vuruşub. 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperdən açılan atəş nəticəsində şəhid olub.
Prezident İlham Əliyevin Sərəncamlarına əsasən, Rəşad Mikayılzadə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.