Sumqayıt Dövlət Universitetinin (SDU) Heydər Əliyev Mərkəzində universitetin rektoru, professor Nurəli Yusifbəyli 2026-2027-ci tədris ilində 500 və daha yüksək bal toplayaraq SDU-ya qəbul olunan tələbələrlə görüşüb.
Sumqayit24.az xəbər verir ki, rektor tələbələri yüksək nəticələri münasibətilə təbrik edib, əldə etdikləri uğurun onların gələcək akademik və peşəkar inkişafı üçün mühüm başlanğıc olduğunu bildirib.
Görüş zamanı tələbələr onları maraqlandıran məsələlərlə bağlı suallarını rektora ünvanlayıb, universitetdə təhsil və inkişaf imkanları ilə bağlı fikir və təkliflərini bölüşüblər.