Saray qəsəbəsində zibillərin yandırıldığı iddia olunur.
Bu barədə Sumqayit24.az-a "Jasmin Park" kompleksində yaşayan sakinlər məlumat veriblər.
Vətəndaşların sözlərinə görə, ərazidə tez-tez məişət tullantıları yandırılır. Nəticədə ətrafı tüstü və xoşagəlməz qoxu bürüyür.
"Həftədə 2-3 dəfə bu halla qarşılaşırıq. Təxminən saat 23:00-dan sonra zibilləri yandırırlar. Tüstü və qoxu səbəbindən pəncərələri açmaq, hətta nəfəs almaq belə çətinləşir. Bir sözlə, əhalini zəhərləyirlər", – deyə sakinlər narazılıqlarını bildiriblər.
Onlar aidiyyəti qurumlardan problemə diqqət ayrılmasını tələb edirlər.