Sumqayıtda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Sumqayit24.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Lakin havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % təşkil edəcək.