Sumqayıt şəhəri, 6-cı mikrorayon, bina 33-də yerləşən obyekt hərrac vasitəsilə satışa çıxarılıb.
Sumqayit24.az Herrac.gov.az-a istinadən xəbər verir ki, icra məmurlarının sifarişi əsasında hərraca çıxarılan obyekt 2 mərtəbədən ibarətdir.
14 otaqdan ibarət, 405,4 kvadrat metr sahəsi olan obyektin minimum satış qiyməti 661 min 300 manat təşkil edir.
Qeyd edək ki, burada "A.N.S." kafesi fəaliyyət göstərib.