Sumqayıtda məktəbəqədər təhsil müəssisələrinə (uşaq bağçalarına) qəbulun elektronlaşdırılması istiqamətində işlər tamamlanmaq üzrədir. Sumqayıt24 bu haqda 8 iyun tarixində Report.az-a istinadən xəbər verir.
Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdiri Elnur Əliyevin “Təhsil masası”nda dediyi sözlərə görə, iyul ayında bağçalara qəbulun elektron qaydada olması planlaşdırılır.
Həmçinin qeyd olunub ki, bu il ilk dəfə dövlət uşaq bağçalarında tərbiyəçi və müdir vəzifələrinə müraciət etmək istəyən namizədlər müsabiqədə işitrak edərək yerləri qazana bilərlər.