Sumqayıt şəhərində avtomobillərini düzgün şəkildə park etməyən sürücülərə qarşı reyd keçirilib. Bu haqda bu gün, 14 aprel tarixində DünyaTV xəbər verib.
Məlumata görə, yoxlama əsasən təhsil müəssisələrinin qarşısında təşkil olunub. Reyd zamanı müəyyən olub ki, valideynlərin avtomobillərinin sayının çox olması burada sıxlığa səbəb olur. Qaydaları pozan sürücülər barəsində protokollar tərtib olunub və onlarla profilaktik söhbətlər aparılıb.
“Reyd zamanı 10-dan artıq nəqliyyat vasitəsi tərəfimizdən saxlanılıb və cərimə olunub. Sürücülərdən və valideynlərdən xahişimiz odur ki, məktəb ətrafında nəqliyyat vasitələrini düzgün yerlərdə park etsinlər”, - Sumqayıt şəhər polis idarəsi Dövlət yol polisi şöbəsinin Təbliğat və təşviqat üzrə inspektoru Kamran Məmmədov bildirib.