Sumqayıtda “Müstəqil gənclik” adlı voleybol yarışı keçirilib. Sumqayıt24 bu haqda bu gün, 25 aprel tarixində Gənclər Evinə istinadən xəbər verir.
Məlumata əsasən, yarış Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə təşkil edilib. Turnirdə iştirak edən könüllülərə sertifikatlar təqdim edilib.