top
Novxanı yolunda iki gəncin faciəvi ölümü - BDYPİ-dən çağırış
Bu gün, 13:05
- ↺ +

Novxanı yolunda iki gəncin faciəvi ölümü - BDYPİ-dən çağırış

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oktyabrın 11-də Masazır–Novxanı istiqamətində "Kia Rio" markalı avtomobillə motosikletin toqquşması nəticəsində motosikletdə olan iki gənc hadisə yerində həyatını itirib. Motosikleti idarə edən şəxsin sürücülük hüququ olmayıb. Sosial şəbəkələrdə yayılan əvvəlki görüntülərdə gənclərin motosikletlə təhlükəli hərəkətlər etdiyi əks olunub.

Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyi şöbəsinin rəisi Rövşən Tağıyevin sözlərinə görə, bu faciə bir daha göstərir ki, sürücülük hüququ olmadan motosiklet idarə etmək, yüksək sürətlə hərəkət etmək və təhlükəli manevrlərə yol vermək ağır nəticələrə səbəb ola bilər: 

"Həmin görüntülərin sosial şəbəkələrdə paylaşılması təhlükəli davranışların yayılmasına və başqalarının da belə hərəkətlərə meyillənməsinə zəmin yarada bilər. Motosikletlə təhlükəli hərəkətlər etmək nə cəsarət, nə də bacarıqdır — bu, həm özünün, həm də ətrafdakıların həyatını riskə atmaqdır.

İctimai yol yarış meydanı, təhlükəli manevrlər isə izləyici və bəyənmə toplamaq vasitəsi deyil. Sürücü yola çıxarkən hərəkətlərinə görə məsuliyyət daşıdığını və verdiyi qərarların başqa insanların təhlükəsizliyinə də təsir etdiyini unutmamalıdır. Sosial şəbəkələrdə qazanılan diqqət və bir neçə saniyəlik görüntü insan həyatından qiymətli ola bilməz.

Bu məsuliyyət yalnız gənclərin üzərinə düşmür. Valideynlər övladlarının nəqliyyat vasitəsini idarə edib-etmədiyinə, sürücülük hüququnun olub-olmamasına və yolda necə davrandığına diqqət yetirməlidirlər. Sürücülük hüququ olmayan şəxsin motosiklet və ya digər nəqliyyat vasitəsini idarə etməsinə imkan verilməməlidir. Gənclər isə yol hərəkəti qaydalarına əməl etməli, sosial şəbəkələrdə diqqət çəkmək naminə özlərinin və başqalarının həyatını təhlükəyə atmamalıdırlar".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 14:13

Sumqayıtın hava proqnozu - İSTİ və DUMAN

Bütün xəbərlər
Bu gün, 13:45

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək

Bütün xəbərlər
Bu gün, 12:31

Köhnə maşınını gətir, yenisi üçün GÜZƏŞT QAZAN

Bütün xəbərlər
Bu gün, 11:58

Pensiya gözləyənlərə XƏBƏR VAR

İdman
Bu gün, 11:22

Sumqayıtlı Oktay 9 yaşında çempion oldu

Kriminal
Bu gün, 10:50

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Bütün xəbərlər
Bu gün, 10:20

Sumqayıtda karlar cəmiyyəti binasız qaldı?

İdman
Bu gün, 09:46

Çempionlar Liqası həyəcanı bu gün Bakıda

Kriminal
Bu gün, 09:13

Sumqayıtda 400 min manatlıq dələduzluq - MƏHKUM HÖKMDƏN NARAZIDIR

Bütün xəbərlər
Bu gün, 00:01

Vətən müharibəsinin 17-ci günü: XRONİKA

Bütün xəbərlər
Dünən, 18:01

700 bal toplayan Samir Prezident təqaüdü alacaq

Bütün xəbərlər
Dünən, 17:21

Sumqayıtda güclü külək əsəcək

İdman
Dünən, 16:44

ACF rəsmisi: "Ömər Rəcəblinin texnikası dünyada yüksək qiymətləndirilir"

Bütün xəbərlər
Dünən, 16:40

Sumqayıt Dövlət Dram Teatrında "Sürgün sevgi"nin premyerası olacaq

Bütün xəbərlər
Dünən, 16:02

Nömrəsiz motosikletlə Sumqayıtda "şou" göstərdi

Bütün xəbərlər
Dünən, 15:26

Bir qrup tələbəyə Prezident təqaüdü veriləcək - SİYAHI

Bütün xəbərlər
Dünən, 15:03

Sarayda qəbiristanlığın ətrafı zibil poliqonuna çevrilib

Bütün xəbərlər
Dünən, 14:25

Çağırışçıların müayinəsindəki nöqsanlara görə həkimlərə xəbərdarlıq edildi

Bütün xəbərlər
Dünən, 13:49

FHN: Ötən həftə 135 yanğına çıxış olub, 8 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 13:13

Sumqayıta yay qayıdır - 26 dərəcə isti

İdman
Dünən, 12:38

Sumqayıtda yeni meydança tikilir

Bütün xəbərlər
Dünən, 12:05

Azərbaycanda ən yüksək maaşı kimlər alır? - FOTO

Bütün xəbərlər
Dünən, 11:31

"Sumqayıt"ın ilk qələbəsini tribunadan neçə azarkeş izləyib?

Oxşar xəbərlər